Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hamı öz pensiyasını hesablaya biləcək - YENİLİK/VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni “pensiya kalkulyatoru” elektron xidmətini hazırlayır.

Yenicag.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, vətəndaşlar onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənə biləcəklər. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yaradılacaq “Pensiya kalkulyatoru” elektron xidməti vasitəsilə mümkün olacaq. Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin şöbə müdiri Kənan Əkbərov qeyd edib ki, vətəndaşlar yeni xidmət köməkliyi ilə pensiya təminatı ilə bağlı ətraflı məlumat əldə edə biləcəklər.

Fondun departament müdiri Eyvaz İsmayılov isə bildirib ki, “Pensiya kalkulyatoru” vasitəsi ilə vətəndaşlar pensiya kapitalının həcmi barədə məlumatlı olacaqlar. Bütün bunlar vahid düstur hesablanacaq.

Qeyd edək ki, istənilən vətəndaş şəxsiyyət vəsiqəsinin fin kodu və adına olan telefon nömrəsi ilə elektron xidmətdən istifadə edib, pensiya kapitalına baxa bilər. Elektron Xidmət bu ayın sonu istifadəyə veriləcək.

www.yenicag.az

361