Reklam

“Hamı yatanda, mən həmişə işləmişəm...” – Tanınmış rejissor 

Reklam

“Sonun başlanğıcı” və “Küləklər şəhəri” seriallarının rejissoru Samir Qulamovun Yeniçağ.az-a müsahibəsi:

– Samir, xeyli vaxtdır, görünmürsüz…

– Kənarda deyiləm, sadəcə, işlərimlə məşğulam. Kənarda qalanları da sevmirəm. Məncə, heç kəs kənarda qalmağı ilə razılaşmamalıdır. Hamı birinci olmağa çalışmalıdır ki, heç olmasa 3-cü ola bilsin. Amma mən həmişə birinci olmağa israrlıyam.

– Çox iddialısız…

– Bu düz deyil ki (gülür)?! İddialı olmağımın cavabı: mən birinci olmağa hazıram və olacam da. Çünki hamı yatanda, mən həmişə işləmişəm.

– Onda, yəqin yeni layihələriniz də var…

– Aprelin sonlarında yeni çəkdiyim “Mən klounam” adlı bədii filmimi təqdim edəcəm. Bu film Camal adlı teatr aktyorunun həyatından bəhs edəcək. Əslində, ümumiləşdirilmiş xoşbəxt olmayan aktyorların həyatından bəhs olunacaq.

İndi mənim iddialı olmağıma əsas var ya yox? O filmi izləyəndən sonra hamı məni başa düşəcək ki, niyə iddialıyam və səbəbini biləcəklər.

– Film və serialda baş rolları kimə etibar etmisiz?

– Filmdə baş rolda aparıcı Şəhriyar Əbilov. Film Ukrayna, Türkiyə və Rusiyada nümayiş olunacaq. Hətta bu üç ölkədən başqa, bir neçə ölkədə də nümayişi nəzərdə tutulub. Daha sonra bu filmin süjeti əsasında serial çəkiləcək. Serialda isə əsas rollarda Rəşat Kəsəmənli, başqa tanınan və tanınmayan aktyorlar olacaq.

– Hansı telekanalda yayımlanacaq?

– Bu, hələ ki sirrdir (gülür).

– Çəkilişlər nə zaman başlayacaq?

– Serialın çəkilişləri apreldə başlayacaq, sentyabrdan isə efirdə yayımlanacaq. Mövsüm serialı olacaq.

Serial haqda qısa məlumat verim ki, uğursuz bir insanın taleyidir. Onlar iki qardaş olurlar, anası bunları atır. İkisi də Uşaq Evində böyüyüblər, ancaq bir-birindən ayrı düşüblər. Qardaşlar bir-birini tapan gün onlardan biri ölür. hər şey də bundan başlayır.

– Çəkilişlər harada aparılacaq?

– Bədii film Bakıda çəkilib, çəkilişlər də artıq başa çatıb. Serial isə Azərbaycan, Türkiyə və Gürcüstanda çəkiləcək.

– Maliyyə məsələlərini həll etmisiz?

– Onu deyim ki, sponsor filmi deyil. Maliyyə dəstəyini serialın yayımlanacağı telekanal verir.

– Təxminən nə qədər maliyyə ayrılıb?

– Maliyyə yaxşıdır, heç bir narazılığım yoxdur.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 123
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.