Hamilə arvadına işgəncə verdi, indi isə…

110007_res_01Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanı döyərək işgəncə verməkdə təqsirli bilinən Rüfət Mehdiyevin cinayət işi üzrə istintaq yekunlaşıb.

Cinayət işi üzrə materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cinayət işi üzrə materiallar hakim İlqar Abbasovun icraatındadır.

Sabunçu Rayon Məhkəməsindən verilən məlumata görə, məhkəmə prosesi sentyabrın 18-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə, A.Mansurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də qızmar ütü ilə əlini yandırması faktına görə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Sabunçu RPİ və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehdiyev tutularaq istintaqa cəlb edilib(virtualaz)

Rüfət Mehdiyev