!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hamilə modelin üstündən qatar keçdi – Fotosessiya zamanı

!Reklam – Yazi

ABŞ-da dəmir yolunda fotosessiya zamanı hamilə model yük qatarının altında qalaraq ölüb.

Faciəli hadisə martın 10-da Texas ştatının Navasota şəhərində baş verib. 19 yaşlı model Fredzaniya Tompson relslərdə fotoqrafa poza verərkən yaxınlaşan qatarı buraxmaq üçün bir yoldan başqa yola keçib. Amma o, bu zaman əks tərəfdən yaxınlaşan qatarı görməyərək onun altında qalıb.

Model aldığı travmalardan elə hadisə yerində keçinib. Amma fotoqraf hadisə nəticəsində zərər çəkməyib.

Qızı vuran qatar 101 yük vaqonundan ibarət olub. Dəmir yolu şirkətinin nümayəndəsi danışır ki, maşinistlər qızı görüblər, fitlə xəbərdarlıq etməyə çalışıblar, amma qatar 80 kilometr/saat sürətlə getdiyindən onu saxlamaq mümkün olmayıb.

Qohumların sözlərinə görə, Fredzaniya, yerli kolleclərdən birinin tələbəsi idi. O, model karyerasıyla məşğul olmaq üçün təhsilini dayandırmağı planlaşdırırdı. İki aylıq hamilə olan Fredzaniya yaxın vaxtlarda sevgilisi ilə ailə qurmaq niyyətində idi.

Yeniçağ.az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv