!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hamilə müğənni özünə ev alır – 85 milyon dollara

!Reklam – Yazi

Əkiz uşaq dünyaya gətirməyə hazırlaşan pop-diva Beyonce və həyat yoldaşı Cey Zi yeni evə köçməyə hazırlaşırlar.

Cütlüyün satın almaq istədikləri evin dəyəri 85 milyon dollar təşkil edir. Ölçüləri həddindən artıq böyük olan ev biznesmen Ceyms Stand və xanımı Petra Standa məxsusdur.

Mənbənin məlumatına görə, Beyonce və Cey Zi bundan sonra 10 il yaşaya biləcəkləri bir ev axtarırlar. 2 həftə əvvəl məkana baxış keçirən cütlük hazırda evin onlara uyğun gəlib-gəlmədiyini düşünür.

Sözügedən evdə 14 yataq otağı, 27 vanna otağı, iş otaqları, boulinq oynamaq üçün zal, ən müasir texnika ilə təchiz olunmuş trenajor zalı, üzgüçülük hovuzu, ev kinoteatrı və ümumiyyətlə, şou-biznesdə ən nüfuzlu və zəngin cütlük üçün lazım ola biləcək hər şey var.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv