Mingəçevirdə qadın sevgilisi tərəfindən döyülüb.
Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, Yevlax sakini, 1992-ci il təvəllüdlü Rəqsanə İsmayılova ilə qeyri-rəsmi münasibətdə olan Ağdam sakini, 2000-ci il təvəllüdlü C.Mustafayev arasında qısqanclıq zəminində kirayədə yaşadığı evdə mübahisə yaşanıb. Mübahisə zəminində C.Mustafayev qadını döyüb. Qadın xəstəxanaya müraciət edib.
İlkin məlumata görə, onun hamilə olduğu deyilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, tərəflər Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub:
“Hazırda Təhqiqat Bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Qadının döyüldükdən sonra küçəyə atılması barədə yayılan məlumatlar əsassızdır”.