Hamilə qadın koronavirusdan öldü, körpə əməliyyatla götürüldü – YAŞAYIR

Koronavirusa yaxalanan 6 aylıq hamilə qadının həyatını xilas etmək mümkün olmasa da, həkimlər körpəni yaşatmağı bacarıblar.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Tətil üçün İstanbuldan Ordu şəhərinə gələn Cəmilə Fiların ötən həftənin cümə axşamı səhhəti pisləşincə Fatsa dövlət xəstəxanasına çatdırılıb.

Koronavirusa yaxalandığı bildirilən Filar vəziyyətinin ağırlaşması səbəbindən öncə Çoruma, daha sonra isə Ankara şəhər xəstəxanasına aparılıb.

Həkimlərin bütün müdaxilələrinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Lakin ana bətnindəki körpə əməliyyatla çıxarılaraq inkubatora yerləşdirilib.