Hamilə qadın öldü – Azərbaycanda

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb.

Məlumata görə, Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı “sol partlamış boru hamiləliyi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümükün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yenicag.az