Quba rayonunda hamilə qadın ölüb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Quba Rayon Mərkəzi Xəstəxanasına baş verib.
Belə ki, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Rəksanə Səfərovanın qəfildən halı pisləşib və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, həkimlər R.Səfərovaya səhətindəki problemlərə görə hamilə qalmamaq barədə məlumat veriblər və əks təqdirdə həyatı üçün təhlükəli olduğunu bildiriblər. R.Səfərovanın beyninə qan sızması səbəbi ilə öldüyü bildirlir.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.