Hamilə sevgilisini öldürən cani: “Ondan qurtuldum”

Londonda qatil sevgilisinin hamilə olduğunu öyrənincə qarnını qayçı ilə doğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində qadın və doğulmamış körpəsi dünyasını dəyişib.

Cinayətkar isə, sevgilisini öldürdükdən sonra qızına zəng edərək, “ondan qurtuldum” deyə xəbər verib.

Qızından sonra polisə zəng edən cani cinayəti etiraf edib.

Polis qrupları dərhal hadisə yerinə gəlib. Yaralı qadın huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək olmayıb.

Qadının qohumu isə, cinayətkarın dəfələrlə, “səni öldürüb, ətini yeyəcəyəm” şəklində təhdid etdiyini polisə bildirib.