Şübhəsiz ki, körpənin ana bətnindəki bütün inkişaf mərhələləri bir möcüzədir, lakin indi sizə təqdim edəcəyimiz məlumatları oxuyanda möcüzənin ülviliyinə bir daha əmin olacaqsınız.
- Körpələr analarının yediklərinin dadını hiss edirlər.
- Ana bətnində sidik ifraz edib, eyni mayeni təkrar qəbul edirlər. Amniyon adlı həmin mayenin körpəyə heç bir ziyanı yoxdur.
- Ən uzun hamiləlik müddəti 12 ay yarım çəkə bilər, lakin bu, ana və körpə üçün təhlükəlidir.
- Ağlayan uşaq görəndə hamilə və zahı qadınların döşlərində süd əmələ gəlir.
- Hər 2 min uşaqdan biri dişli doğulur.
- Hamiləlik zamanı anada unutqanlıq halları tez-tez olursa, demək, oğlan uşağı doğulacaq.
- Körpələr ana bətnində ağlayırlar.
- Normalda 3 ilə yaranan estrogen hormonu hamilə qadınlarda bir günə yaranır. Buna görə də hamilələr çox həssas olurlar.
- Bu dövrdə qadınların bətni normal vəziyyətindən 500 dəfə genişlənə bilir.
- Qarın böyüdükcə, ananın ürəyi və ayaqları da “böyüyür”.
- Körpələrin barmaq izi ilk üç ayda yaranır.
- Oğlan uşaqları ana qarnında da ereksiya olurlar.
- Hamilə qadınlarda qan miqdarı 50 faiz artır, buna görə də sima gözəlləşir.
- Estrogen hormonu dadbilmə və iybilmə hisslərini də gücləndirir. Buna görə qadınlar tez-tez müxtəlif yeməklər istəyir və ürəkləri ən adi iylərdən bulanır.