Hamiləlikdə mütləq bu məhsulu yeyin! Uşaqlarınız ağıllı olacaq

Hamiləlik zamanı qoz-fındıq yeyən qadınlar daha ağıllı uşaqları dünyaya gətirir.

Yenicag.az xəbər verir ki, belə nəticəyə İspaniya alimləri gəliblər. Onlar aşkar ediblər ki, hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qr çərəz yeyən qadınların uşaqlarında diqqət və yaddaş göstəriciləri daha yüksək olur. Araşdırmada 2200 qadın və onların uşaqları iştirak edib.

Alimlərin fikrinə görə, bunun səbəbi çərəzlərin fol turşusu və yağlı turşularla zəngin olmasıdır. Bu maddələr beyinin diqqət və yaddaşa cavabdeh olan toxumalarında toplanır.

Alimlər qeyd edir ki, ana bəntində uşağın beyini çox mürəkkəb inkişaf proseslərini keçir ki, bu proseslərin normal getməsi üçün ananın tamdəyərli qidalanması çox vacibdir.

Araşdırmada iştirak edən qadınlar badam, araxis, keşyu, qoz kimi çərəzləri istehlak edirdi. Bu çərəzlərin tərkibində olan faydalı komponentlər beyinin əsasən qabaq hissəsində toplanaraq diqqət və icraçı funksiyalarına təsir edir./Saglamolun/