Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Hamiləliklə xərçəngi səhv saldı, qadını kimyaterapiya etdi – ŞOK

Türkiyədə həkim hamiləliklə xərçəngi səhv salaraq qadına kimyaterapiya edib.

Yenicag.az xəbər verir ki, 35 yaşlı Serpil Baqa adlı qadın 2018-ci ildə ağrılarla xəstəxanaya müraciət edəndə, yumurtalığında şiş aşkar olunaraq əməliyyat olunub.

3 ay sonra qadın özünü pis hiss edib.Yenidən həkimə gedən qadında qonadotropin adlı hormonun normadan çox yüksək çıxması aşkarlanıb.

Həkimlər buna əsaslanaraq, uşaqlıq xərçəngi diaqnozu qoyur, hətta əvvəlki yumurtalıqda olan şişdən metastaz verdiyini güman edib.

Müayinə zamanı uşaqlıqda 12 və 19 sm ölçüdə 2 şiş də aşkarlanıb. Buna görə xəstəyə kimyaterapiya təyin edilib. Kimyadan sonra əməliyyata alınacaq qadında açılış baş verib və uşaqlıqdan əkiz döl düşüb.

Məlum olur ki, həkimlərin şiş bildiyi əkiz döl imiş. Onu müalicə edən həkim qadının hamilə olacağını güman etməyərək, onu onkoloji xəstə kimi müalicə edib.

Pasiyent əmindir ki, açılışa səbəb kimyaterapiya olub. Qadın və əri hesab edir ki, həkim səhvi ucbatından başlarına gələn bu hadisəyə görə xəstəxana və həkimlər cavab verməlidir.

Ona görə onlar məhkəməyə müraciət edib.

Qeyd edək ki, tibbdə uşaqlıq və yumurtalıq xərçənginin hamiləliklə səhv salınması halları ilk dəfə deyil.

www.yenicag.az

7864