!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Hamısı pulunu verir, sonra da…” - Nazim hansı müğənnilərin paxırını açdı?

!Reklam – Yazi

“Bir şey ki pulla əldə olunur, o necə keyfiyyət göstəricisi ola bilər?!”.

Bunu müğənni Nazim Pişyari “YouTube” üzərindən milyonlarla baxış sayı yığan həmkarları ilə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Müğənni həmin mahnıların müvəqqəti trenddə olduğunu, zamanla silinib gedəcəyini bildirib:

“Düzdür, bu gün geniş vüsət alan o bayağı mahnılar öz tamaşaçısını tapır. Amma bu o demək deyil ki, hər kəs tərəfindən qəbul edilir, sevilir. Yox, peşəkar musiqini duyan zövqlü insanlar o mahnıları dinləmir və heç qəbul da etmir. Neyləyək ki, heç bir məna və məzmun ifadə etməyən, yüksək zövqə xidmət etməyən o mahnılar bu gün trenddədir. Bu, müvəqqətidir. Zaman öz sözünü deyəcək və üçgünlük-beşgünlük olan o mahnılar ələnəcək, silinib gedəcək. Bütün zamanlarda belə olub. 50 il əvvəl oxunan elə mahnılar var ki, bu gün də dillər əzbəridir, oxunur, sevilir, zövq oxşayır.

Qaldı ki, “YouTube” üzərindən milyonlarla baxış sayı yığan və trendə çevrilən o mahnılara, inanın ki, boş şeylərdir. Bir şey ki pulla əldə olunur, o necə keyfiyyət göstəricisi ola bilər?! Pul qoy, sənin də baxış sayın artsın. “YouTube”da Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov və digər klassik sənətkarlarımızın mahnılarının baxış sayına baxın, heç yüz mini keçməyib. Hərçənd o mahnılar bu gün də aktualdır, sevilir, dillər əzbəridir. Amma əldəqayırma müğənnilər o bayağı mahnılarla milyonlarla izləmə yığırlar. Onları da tanıdan efirlərdir. Ayaq açıb yeriyirlər, populyarlaşandan sonra da heç kimi bəyənmirlər. Elə verilişlər var, onları heç yaxın da buraxmırlar. Elə verilişlər də var, həmin müğənnilər o verilişləri “bəzəyir”lər.

Cəvahir

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv