!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hande Harmancı: "Bu dərman ölüm hallarını azaldır"

!Reklam – Yazi

“Deksametazon dərmanı ağır vəziyyətdə olan koronavirus xəstələrinin ölüm hallarını azaldır”.

Yenicag.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.

Hande Harmancı qeyd edib ki, hazırda dünyada virusa qarşı vaksin tapılması üzrə işlər davam etdirilir. Artıq bir vaksinin sınaq müddəti başa çatır:

“Koronavirusa yoluxma halları sürətlə artmaqda davam edir. Avropada vəziyyət yaxşıya doğru getsə də, qlobal səviyyədə vəziyyət ürəkaçan deyil. Hazırda dünyada virusa qarşı vaksin tapılması üzrə işlər davam etdirilir. Ümid edirik ki, 2021-ci ilin sonuna qədər həssas qruplar və tibb işçiləri üçün bu vaksin əlçatan olacaq. Deksametazon dərmanının ağır vəziyyətdə olan koronavirus xəstələrinin həyatını xilas etməyə köməyi təsdiq olunub”.

Gülşən Şərif

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv