“Apardığımız monitorinqlər göstərir ki, avtomobil bazarında kəskin qiymət artımları yoxdur. Bu isə onunla bağlıdır ki, 2022-ci ildə idxal edilən avtomobillərin sayında kəskin artımlar müşahidə olundu”.
Yenicag.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, təklif edilən avtomobillərin sayının artması nəticədə bazarda alıcı sayının ciddi dəyişməməsi ilə nəticələnib: “Lakin ili nisbətən köhnə və qiyməti ucuz olan avtomobillərin hazırki qiyməti ilə bağlı bunu demək olmaz. Monitorinqlərimiz göstərir ki, köhnə avtomobillərin qiymətində 5 faiz bahalaşma var. Bu da həmin avtomobillərin idxalının məhdudlaşması ilə əlaqədardır. Amma nisbətən bahalı avtomobillərin qiymətində ilk rüb ərzində bahalaşma qeydə alınmayıb”.
BAKU.WS zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillərin nağd qiymətləri ilə bağlı elan saytlarına nəzərə yetirib. Seçdiyimiz modellər içində ən ucuz və baha qiymətlər aşağıdakı kimi dəyişir:
2005-2012 buraxılış ilinə görə “Mercedes”lər – 8800 AZN – 34500 AZN
2005-2012 buraxılış ilinə görə “Chevrolet Aveo” – 7200 AZN – 13000 AZN
2005-2012 buraxılış ilinə görə “Hyundai Accent” – 7800 AZN – 19500 AZN
2005-2012 buraxılış ilinə görə “Opel Astra” – 7200 AZN – 17000 AZN
2005-2012 buraxılış ilinə görə “Toyota Prius” – 10500 AZN – 22800 AZN
2005-2012 buraxılış ilinə görə “KİA Ceed” – 11800 AZN – 21200 AZN