“Arada insanların əclaflığına məəttəl qalıram. Yəni çörəyimə bais olmaqla nə əldə edirlər, anlaya bilmirəm. Həm də şər-böhtan atmaqla”.
Yenicag.az.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri onu toy bazarından vuran həmkarlarına səslənərək deyib.
Sərt açıqlaması ilə diqqət şəkən Nura sosial şəbəkə hesabında paxıllığını çəkən, ayağının altını qazıb qazancına bais olan müğənniləri “ağ yuyub, qara sərib”:
“Deməli, tədbirlə bağlı təşkilatçılardan məni soruşanda deyiblər ki, toya getmir, Bakıda yoxdur, Amerikaya köçüb və sairə… Hələ bir məşhur kişi müğənni deyib ki, Nura ancaq türk mahnıları oxuyur, neynirsiz onu? Başqa biri də deyib ki, müxalifətçidir, çox yazıb-pozur. Yerə girəsiz elə!”
Cəvahir