Hansı ölkələrdə diaspora fəallarımız koronavirusa yoluxub?

“Diaspora əməkdaşlarımızdan koronavirusa yoluxanlar olub”.

Yenicag.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Fuad Muradov qeyd edib ki, Azərbaycana qayıtmaq üçün 5 104 nəfər müraciət edib:

“Bugünə qədər vətənə qayıtmaq üçün müraciət edən vətəndaşlarımız 47 ölkədən olub. Bizə müraciət edən vətəndaşların vəziyyəti araşdırılıb. Koronavirusa yoluxan diaspora əməkdaşlarımız əsasən Fransa, ABŞ, Gürcüstan, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərirlər”.

Gülşən Şərif