Hansı ölkənin nə qədər nüvə başlığı var? – Bu üç ölkə birlikdə Rusiyadan geri qalır – FOTO

NATO əsgərlərinin, aviasiyasının və donanmasının sayına görə Rusiyadan üstündür, lakin artilleriya və nüvə silahlarına görə ondan geri qalır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Qəzet NATO-nun 32 ölkəsinin silahlı qüvvələrini Rusiya və Çinlə müqayisə edən ətraflı infoqrafika hazırlayıb:

NATO ölkələrinin ordularında ümumilikdə 3.438.097 nəfər xidmət edir. Onların demək olar ki, yarısı ABŞ ordusundadır (qırmızı rənglə göstərilib). Bu, Rusiya və Çinin ümumi cəmindən çoxdur.

NATO ölkələrinin birlikdə 1.894 MLRS və 11.710 özüyeriyən artilleriya qurğusu var. Hər iki göstərici üzrə onların hamısını tək Rusiya qabaqlayır.

NATO-nun 3.387 döyüş təyyarəsi və 9.030 helikopteri var. Bu, Rusiya və Çinin cəmindən çoxdur.

Esmineslərin (95), sualtı qayıqların (144), freqatların (134) və təyyarədaşıyanların (17) sayına görə, NATO Rusiya və Çini birlikdə qabaqlayır.

ABŞ, Fransa və Böyük Britaniyada birlikdə (cəmi 5559) təkcə Rusiyadan (5580) daha az nüvə başlığı var.

Rafi Müslümov

COP29