Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub.
Yenicag.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov deyib.
O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır: “Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur.
Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin”, – deyə o əlavə edib.
O, həmçinin, bildirib ki, növbəti ildə 5 peşə məktəbinin akkreditasiyası həyata keçirləcək.
“Hazırda isə bir neçə peşə məktəbində pilot layihə olaraq bu proses aparılır və dekabr ayında yekunlaşacaq”, – deyə K.Rəsulov qeyd edib.