!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hansı yaşdan böyük uşağa kiçikləri həvalə etmək olar?

!Reklam – Yazi

Ötən gün Bakıda ana 2 uşağı evdə qoyaraq, qapını bağlayaraq, mağazaya getmiş, gəldikdə isə uşaqların tüstüdən boğulduğunu görüb.

Bir çox valideynlər böyük uşaq 7-8 yaşına çatanda daha kiçik uşağı ona tapşıraraq, arxayın olaraq bir neçə saatlıq tək qoyur.

Qeyd edək ki, 3 yaşından 12 yaşına kimi uşaq dövrü hesab olunur.

Amerika Pediatriya Akademiyası araşdırmalar nəticəsində bildirib ki, uşaqlar üçün xüsusi yaş həddi yoxdur, burda əsas məsələ uşağın yaşı yox, onun tərbiyəsi, bacarığı, kiçik uşaqlarla arasındakı münasibəti və ailədəki vəziyyətdən asılıdır.

İkincisi böyük uşağın marağı olmalıdır ki, kiçiklərə diqqətli olsun, qayğı göstərsin.

O ki qaldı konkret rəqəmə, 12 yaşından aşağı yaşda heç bir uşağa kiçikləri etibar etmək olmaz.

Yalnız ciddi istisnalarda maksimum 2 saat onları qoymaq olar, bir şərtlə ki, böyük uşağın minimum 9 yaşı olsun.

5-6-7 yaşında uşaqlar özləri hələ öz təhlükəsizlikliklərinin qeydinə qalmır və çətin situasiyalarda özlərini itirib yanlış hərəkət edə bilərlər.

Nadinc, hiperaktiv, ünsiyyətdən qaçan, qapalı, hədsiz impulsiv, təşvişli uşaqlar evdə tək qoyulmamalıdır.

www.yenicag.az

1724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv