!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Haqları tapdanan "texniki" tibb işçiləri: "Hər maaşdan 30-40 manat da tuturlar" - Etiraz

!Reklam – Yazi

Təcili Tibbi yardımın ən çox işləyib, söz eşidib, ən az maaş alanı dispetçerlərdir.

COVID-19 pandemiyası ilə əlaqədar tibb işçilərinin, xüsusilə koronaviruslu xəstələrlə birbaşa təmasda olan tibb işçilərinin maaşlarına artım olunmuşdu. Məsələ ondadır ki, həmin maaşların verilməsində çoxlu sayda nöqsanlar aşkar edilmiş və bu mətbautda geniş işıqlandırılmışdı.

Pandemiyanın birinci mərhələsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün kollektivi COVID pandemiyası ilə bağlı maaşlarına əlavələr alıb. Ancaq daha sonra çağırışlara cavab verənlərə texniki işçi damğası vurularaq və COVID xəstələri ilə birbaşa kontaktda olmadıqları üçün maaşlara edilən əlavələrdən məhrum olunublar.

Hazırda Təcili Tibbi yardımda işləyib, adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, çağırışlar son dərəcə artıb, hətta o dərəcədə ciddi rejimdə işləyirlər ki, illik məzuniyyətləri belə yarıya endirilib. Qərarda bütün tibb işçilərinin maaşlarına əlavələr nəzərdə tutulduğu halda, hazırda dispetçerlər texniki işçi gözündə görüldüyü üçün onlara heç bir artım verilmir. Əslində isə dispetçerlər həm də tibb işçisi sayılır. Çünki zənglərə cavab verildikdə, xəstənin hansı vəziyyətdə olmasını, ilkin diaqnozun nə olduğunu adi operator yox, tibb işçisi bilə bilər. Adına texniki işçi qoyulan operatorlar xəstələri çeşidləyib, stansiyalara ötürürlər.

Təcili Tibbi yardım Səhiyyə Nazirliyi ilə TƏBİB arasında futbol topuna dönüb. Aprel ayından tibb işçilərinin maaşında artım olsa da, Təcili Tibbi yardım işçiləri bundan məhrumdur. Hətta Sumqayıt, Abşeron Təcili Tibbi yardım işçiləri artımı alsa da, Bakıdakı Təcili Tibbi yardım artımı ala bilməyib. Abşeronda COVID xəstələri ilə kontaktda olmayan dispetçerlər hələ də COVID pulunu alırlar. Bakıdakı Təcili Tibbi yardımda işləyən dispetçerlərə onlara pul yazıldığını, ancaq saylarının çox olmasına görə, həmin pulu ancaq COVID xəstələri ilə birbaşa təmasda olanların aldığı deyilir.

Əldə etdiyimiz məlumata görə, nə artım, nə COVID  pulu verilmir, ancaq hər maaşdan ən azı 30-40 manat tutulmalar olur.

Həkimlər arasında COVID xəstələrinin etdiyi çağırışa getmək üstündə yarış gedir. Çünki həkimə hər getdiyi xəstəyə görə əlavə pul yazılır. Üstəgəl çağırışı edənlərin etdiyi “hörmət” də var.

Dispetçerlərin verdiyi məlumata görə, 12 saat ərzində dayanmadan işləyirlər. Yeməyə cəmi yarım saat vaxt verilir. İşlə bağlı hər şey hərbi qaydada aparılsa da, maaşa gələndə suallara cavab verən tapılmır. Beləliklə, Təcili Tibbi yardımda ən çox işləyən qrup ən az maaş alan qrupa çevrilib.

Dispetçerlər məsələ ilə bağlı nazirliyin, ölkə rəhbərliyinin araşdırma aparmasını və pozulan haqlarının bərpasını istəyirlər.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv