Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Haqqında məlumatınızın olmadığı 9 möhtəşəm ixtira

Texnologiya günü-gündən inkişaf edir. Hətta o qədər sürətlə inkişaf edir ki, bəzən həyatımızı daha da rahatlaşdıracaq ixtiralardan xəbərdar ola bilmirik.

Yenicag.az daha əvvəl məlumatınızın olmadığı 10 cihazı təqdim edir:

Moley Chef

Dünyanın ilk avtomotik mətbəxi. 2 illik əməyin nəticəsində ərsəyə gələn cihaz müxtəlif yeməkləri heç bir insan müdaxiləsi olmadan hazırlayır. Bu möhtəşəm ixtira hələ satışa çıxarılmasa da, qiymətinin 75 min dollar civarında olacağı bildirilir.

Silentmode

Bu cihaz isə istifadəçilərə hər an və hər yerdə ideal yuxu  şəraiti yaratmağa qadirdir. Qaranlıq, səs izolasiyası və yuxu gətirən melodiyalarlarla artıq istənilən məkanda evinizdəki kimi rahat yata biləcəksiniz.

Embr Wave

Qadının qolundakının saat olduğunu düşünürsünüzsə, yanılırsınız. Belə ki, bu, dünyanın ən kiçik kondisioneridir. Cihaz insan vücudunu isidə və soyuda bilir.

Nintendo Labo

Bu kartonlar oyun həvəskarları üçün nəzərdə tutulub. İxtiranın qiyməti 100-150 manat arasında dəyişir.

Scentee Machina

Hər nə qədər qəribə gəlsə də, cihaz qoxu yaymaq üçün hazırlanıb. Cihazda müxtəlif ağac və bitkilərdən tutmuş, şokoladlı keksin qoxusuna qədər çoxçalarlı iyilər var.

Abstera

İynə vurdurmaqdan qorxanlar, “Abstera” sizin üçündür. Cihaz sayəsində heç bir ağrı hiss etmədən müalicə oluna biləcəksiniz.

CellRobot

Bu robot isə sizin evdə ən birinci köməkçinizə çevriləcək və onu mobil telefonunuzla idarə edə biləcəksiniz.

FitSleep

Ürək ritmini və nəfəs tempini qeydə alan bu alət keyfiyyətli yuxu üçün əvəzolunmazdır. Cihaz hətta sizin yerinizə ən yaxşı pozanı da seçməyə qadirdir.

POLARMOND

Bu ixtira isə tez-tez gəzintilərə çıxan təbiətsevərlər üçündür. Bədən temperaturunu normada saxlayan bu çadırla təbiətin qoynunda zərərli həşəratlardan qoruna biləcəksiniz.

Loading...

www.yenicag.az

2054
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100