Harri Çarlzı əsəbiləşdirdi: Yeni kitab kral ailəsini bir-birinə vurdu – FOTO

Böyük Britaniyanın kralı III Çarlz və oğlu şahzadə Harri arasında gərginlik yaşanıb.

Yenicag.az xəbər verir ki, Harrinin “Spare” adlı kitabında sarayın və ailəsinin bir çox sirrini ifşa etməsi kral tərəfindən xoş qarşılanmayıb.

Belə ki, III Çarlzın Harri və xanımı Meqan Marklı yaşadıqları köşkdən qovması iddia olunub. M. Marklın hamilə olmasına baxmayaraq, kral öz intiqam hissinə əngəl ola bilməyib və onların “Frogmore” köşkündən dərhal köçmələri üçün göstəriş verib.

İddialara görə, cütlük artıq əşyaları və mebelləri toplamağa başlayıb.

Bu hadisələrdən sonra Harri və Meqanın 6 mayda baş tutacaq olan tacqoyma mərasiminə qatılıb-qatılmayacağı bəlli deyil.

Qeyd edək ki, “Spare” kitabından sonra Harrinin populyarlığı daha da artıb. Hər gün müxtəlif müsahibələrə və məclislərə dəvət edilən şahzadə ailəsi ilə bağlı sirrlərin bir çoxunu açıq şəkildə danışıb.

 

COP29