Hasar xəttin üzərinə aşdı – Bu qəsəbə qazsız qaldı/FOTO

Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.