“Hasilat Sənayesində Şəffaflığ”ın Şabranda təbliği davam edir

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin təşəbbüsü ilə “Hasilat Sənayesində Şəffaflıq nədir?-Təşəbbüsünün bölgələrdə təbliği” adlı layihə çərçivəsində Şabran rayonunda növbəti, sonuncu Dəyirmi Masasın keçirilib.

Yenicag.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəlki tədbirlər Siyəzən rayonunda tədbirlər təşkil olunub.

Tədbiri açan Birlik rəhbəri Şaban Nəsirovun verdiyi məlumata görə, öncə Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü haqqında tədbir iştirakçılarına məlumat verilib: “ Hasilat Sənayesində Şəffaflığın nə olduğu, dünya ölkəələrinin təcrübəsi haqqında məlumat verdik. Bildirdik ki, hər kəsin təbii ehtiyatlardan əldə olunan gəlirlı bağlı məlumat almaq hüququ var. Doğrusunu desəm, bu məsələdə bölgə sakinlərinin çox məlumatsız olduğu nəzərə çarpır”.

Birlik rəhbəri qeyd edib ki, Azərbaycan Konstitutsiyasının 14-cü Maddəsində də təbii ehtiyatların xalqa məxsus olduğu bildirilir. O, şəffaflığın elementlərindən bəhs esib. Bildirib ki, neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlərin dövlətə ödənişləri, dövlət büdcəsinə şirkətlərdən daxilolmalar, hasilat sənayesi ilə bağlı digər aidiyyatı məlumatların açıqlanması əsas prinsiplərdəndir: “Azərbaycan Respublikası Prezidentinin hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmana əsasən ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdirilir. Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitə olması da prinsiplər çərçivəsindədir. Beynəlxalq prinsiplərə görə, şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır”.

Şaban Nəsirov mətbuat vaistəsi ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzova və tədbirlərin hazırlanmasında bizə yaxından köməklik göstərən hüquq şöbəsinin müdiri Ağayev Ramin Şıxəli oğluna təşəkkürünü bildirib./Cebhe.info/

COP29