Hava ilə bağlı yollara xəbərdarlıq işarəsi qoyuldu

Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində bütün məlumat sürət tablolarında “Güclü külək” və “sürüşkən yol” işarəsi qoyulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda qeyd edilib.