Nikola Tesla adına Belqrad hava limanı əlverişsiz hava şəraiti səbəbindən işini müvəqqəti dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Air Serbia aviaşirkəti məlumat yayıb.
“Hədsiz dərəcədə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Belqrad hava limanı bu gecə müvəqqəti bağlanıb. Bununla əlaqədar bəzi reyslər alternativ hava limanlarına yönləndirilə, gecəyə planlaşdırılan reyslər ləğv oluna bilər”, – məlumatda deyilir.