Hava limanı yolunda zəncirvari qəza – SON DƏQİQƏ – VİDEO

Bakıda ağır yol qəzası baş verib.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hava limanı yolunda 4 maşının toqquşması nəticəsində zəncirvari qəza qeydə alınıb.

Qəza nəticəsində xəsarət alanların olub-olmaması hələki məlum deyil.

İlkin ehtimala görə, qəzaya yağışlı hava şəraitinə görə yolların sürüşkən olması səbəb olub.

Natəvan Abbaslı