Belçikanın paytaxtı Brüsseldə yerləşən Zaventem hava limanının işçiləri tətil elan edib.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, baqaj xidmətini təşkil edən şirkətin çalışanları iş qrafikindən və maaşlardan narazıdırlar.
İşçilərin boykotu 200-ə yaxın uçuşa təsir edib. Eyni zamanda 10 min sərnişin çətin vəziyyətdə qalıb.
Qeyd edək ki, sözügedən hava limanından gün ərzində 80 min sərnişin istifadə edir.