Hava limanında müəllimənin çantasından qumbara tapıldı – FOTO

Moskvanın “Şeremetyevo” aeroportunda 46 yaşlı britaniyalı müəllimənin əl çantasından qumbara tapılıb.

Yenicag.az xəbər verir ki, döyüş sursatı qadının terminala daxil olmaq istədiyi vaxt aşkarlanıb. Müəllimə işləyən britaniyalı polislərə açıqlamasında onu Moskva bazarlarının birindən aldığını bildirib. Qadının sözlərinə görə, o, qumbaranı Londonda çalışdığı məktəbdə şagirdlərinə tarix dərsi zamanı nümayiş etdirmək üçün aparırmış.

Aparılan araşdırmalardan sonra qumbaranın saxta olduğu üzə çıxıb. Lakin o, oyuncaq da olmayıb. Belə ki, bu cür qumbaralardan hərbi təlimlərdə istifadə olunur. Moskva polisi qumbaranı müsadirə edib.