!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava limanında partlayış: azı 9 ölü

!Reklam – Yazi

Əfqanıstanın paytaxtı Kabilin hava limanında partlayış törədilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində azı 9 nəfər həlak olub. Bu barədə ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum bildirib.

Dostum qeyd edib ki, partlayış Həmid Kərzayi adına hava limanında, yerli vaxtla saat 17:00-da, onun gəlişindən sonra törədilib.

Telekanalın məlumatına görə, yerli vaxtla saat 16:30-da hava limanına gələn vitse-prezident dərhal özünün avtomobilinə minib və təhlükəsizlik orqanları əməkdaşlarının müşayiəti ilə aeroportdan uzaqlaşıb. Bu zaman o, partlayış səsi eşidib.

partlayıcı qurğunu terrorçu kamikadze işə salıb. Vitse-prezidenti müşayiət edən şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.

www.yenicag.az

1309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv