Bu gün axşam saatlarında Türkiyənin Atatürk hava limanında gərgin anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, polis əməkdaşları iki nəfərdən şübhələnərək onları yoxlamaq istəyib. Lakin, polisi görən şəxslərin hərəsi bir yana qaçmağa başlayıb. Polisin “dur” əmrinə tabe olmayan qaçanlardan biri özünü 4-cü mərtəbədən aşağı atıb. Yaralı halda maşınların arasında gizlənən şəxs digər qaçanla birlikdə həbs olunub.
Qeyd edək ki, şübhəli şəxslərin İran vətəndaşları olduğu bildirilir.