Reklam: High Technic
hightechnic

Hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

10125553-4-32ed2b479e2418e64047a2f903dc946fİstanbulun Atatürk Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

AzVision.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar aviaşirkətlər sərnişinlərdən qeydiyyat üçün uçuşa 3 saat qalmış aerporta gəlməyi xahiş edir.

Məlumata görə, vətəndaşlara aeroporta gələrkən öz şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülüb.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava Limanına girişdə polis şübhəli avtomobilləri, insanları saxlayır və axtarışlar aparır.

www.yenicag.az

182