!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hava limanında vəzifəli şəxslər arasında DAVA - Bir-birinə xəsarət yetirdilər

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Yenicag.az-ın xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.

A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

İnsidentə polis müdaxilə edib.

Hazırda fakt araşdırılır./Report/

www.yenicag.az

375
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100