Hava limanlarında 30 reys gecikdi və 5-i ləğv edildi – SƏBƏB

Moskva hava limanlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq 30-dan çox reys gecikib və təxirə salınıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, Domodedovo hava limanında 12 reys ləğv edilib, daha 2 reys gecikib. Şeremetyevoda 11, Vnukovoda isə 7 reys ləğv edilib. Həmçinin Vnukovoda 1, Şeremetyevoda isə 2 reys gecikib.