Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı açıqlandı

2023-cü ilin yanvar ayında hava nəqliyyatı ilə 182,1 min və ya 53,9 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 82,2 faiz azalaraq 10,7 min ton olub.