Hava şarı elektrik xətti ilə toqquşdu – Ölənlər var

ABŞ-ın Albukerke şəhərində (Nyu-Meksiko ştatı) hava şarı elektrik xətti ilə toqquşub.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.Bildirilir ki, hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.

İnsidentin səbəbi barədə məlumat verilmir.