Hava şarından yıxılan sərnişin ÖLDÜ

Avstraliyada hava şarı ilə uçan sərnişin səbətdən düşərək ölüb.

Yenicag.az “9News” telekanalına istinadla xəbər verir ki, Avstraliyanın Melburn şəhərində bir nəfər hava şarı səbətindən düşərək həyatını itirib.

Hadisə səhər tezdən şəhərin şimalında baş verib. Melburn üzərində uçan hava şarında olan sərnişinlərdən biri səbətdən yıxılaraq ölüb.

Avstraliya Aeronavtika Federasiyasının nümayəndəsi televiziyada bildirib ki, hadisənin səbəbləri və şəraiti polis və nəqliyyat təhlükəsizliyinə cavabdeh olan dövlət qurumları tərəfindən hərtərəfli araşdırılacaq.

“Avstraliyada istifadə olunan şar səbətləri bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla hazırlanıb və sərnişinlərin təsadüfən düşmə ehtimalını istisna etməlidir”, – nümayəndə deyib.

Viktoriya ştatının polisi bildirib ki, dedektivlər “digər hava şarının sərnişinləri və şahidlərlə danışaraq, hadisənin dəqiq şəraitini müəyyənləşdirirlər”.

Xuraman Etibarlı

COP29