Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hava şarları internet paylayacaq

309313The Guardian nəşri yazır ki, Google və Telstra şirkəti Avstraliyanın qərbində 20 hava şarını sınaqdan keçirir. Onların köməyi ilə Avstraliyanın əlçatmaz rayonlarını mobil rabitə və mobil internetlə təmin etmək planlaşdırılır.

Bu, dünyanın ucqar nöqtələrini helium qazı ilə doldurulmuş hava şarlarının köməyi ilə mobil rabitə ilə təmin etmək üzrə Google şirkətinin Loon layihəsinin son hazırlıq mərhələsidir. Hava şarlarında 4G standartında işləyən baza stansiyaları quraşdırılacaq.

Şirkətin son hədəfi planeti əhatə edən belə hava şarlarından şəbəkə təşkil etməkdir. Nəticədə indiyədək Ümumdünya hörümçək toruna çıxışa malik olmayan insanların 2/3-i internetə çıxış əldə edəcək.

2011-ci ilin ortalarından Loon layihəsi üzərində iş aparılır.

(news.mill.az)

Loading...

www.yenicag.az

508