Hava şəraiti yol qəzasına səbəb oldu – Bakıda

yaqis_masine455d0a39Hava şəraiti Bakıda yol qəzasına səbəb olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, havaların yağışlı keçməsi bu gün səhər saatlarında yol qəzası ilə nəticələnib: “Bu saatlara Bakıda bir yol qəzası baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil maneəyə çırpılıb. Sürücü metereoloji şəraiti nəzərə almayıb və yol qəzası baş verib”.