Hava XƏBƏRDARLIĞI: Şimşək çaxacaq, yağış, qar yağacaq

Azərbaycanın rayonlarında aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.