Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Havadan şikayətlənən şəxs həbs olundu - VİDEO

Küveytdə havadan şikayətlənən kişi həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

İsti və tozlu havadan şikayət edən şəxs çəkdiyi videoları TikTok və Tvitter səhifəsində paylaşıb.

Küveytin Daxili İşlər Nazirliyindən bildirilib ki, misirli vətəndaş çəkdiyi videoda nalayiq sözlər işlətdiyi üçün cinayət məsuliyyətinə cəlb olunacaq.

Yayılan xəbərdən sonra sosial şəbəkə istifadəçiləri kişiyə dəstək üçün havadan şikayət etdikləri videoları paylaşmağa başlayıblar.

Xatırladaq ki, Küveytdə bu il planetin ən yüksək temperaturu – 50 dərəcə hərarət qeydə alınıb.

www.yenicag.az

272
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100