!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanı çirkləndirən şadlıq sarayları cərimələndi

!Reklam – Yazi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən havaya tullantı atan ictimai-iaşə obyektlərinin sahibləri cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Xətai rayonunda fəaliyyət göstərən “Neapol”, “Kleopatra”, “Leyla Palace”, “Mirvari”, “Elgün”, “Olivium” və “Qəsr” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı, “By Şirulla” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilib.

Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunub.

Xidmət rəisi onu da qeyd edib ki, monitorinqlər Bakıda, eyni zamanda regionlarda da davam etdirilir.

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv