!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanın kəskin pisləşməsi Quba-Xaçmaz yolunda qəzalara səbəb olub – FOTO

!Reklam – Yazi

qezaOndan çox avtomobil qəza törədib.

Havanın kəskin pisləşməsi və qarın yağması Quba-Xaçmaz yolunda 10-dan çox avtomobil qəzasına səbəb olub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, qəzalar günün ikinci yarısından sonra, yolun buz bağlaması nəticəsində qeydə alınıb.

Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzaların əksəriyyəti zəncirvari olub. Ən çox qəza Quba-Xaçmaz yolunun Zərdabi və Alekseyevka ərazilərindən keçən hissəsində qeydə alınıb. Burada çinar ağacları yola yaxın olduğundan, yoldan çıxan maşınlar ağaclara dəyərək qəza törədiblər.

Quba rayon Polis şöbəsindən sürücülərə bununla bağlı xəbərdarlıq edildiyi bildirilib:

“Sürücülər diqqətli olmaları, mümkün qədər əyləc sistemindən az istifadə etmələri və nasaz avtomobil ilə yola çıxmamaları tövsiyə olunur”.

Yenicag.az

www.yenicag.az

1060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv