!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanın temperaturu 5-6 dərəcə düşüb

!Reklam – Yazi

24a1199cdd5a8223906d984f841a3f20Bu gündən Azərbaycan ərazisində hava şəraiti dəyişib, havanın temperaturu dünənə nisbətən 5-6 dərəcə düşüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov açıqlamasında deyib ki, ölkəyə şimal-qərb istiqamətindən hava kütlələri daxil olub və belə sərin hava 3-4 gün ərzində davam edəcək.

Onun sözlərinə görə, yaxın günlərdə də havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə aşağı olacaq, 21-24 dərəcə civarında dəyişəcək: “Ondan sonra da havanın temperaturunun yüksəlməsi gözlənilmir, əksinə getdikcə düşəcək. Oktyabrın 9-10-da olan istilər daha olmayacaq və əsl payız havası başlayır”.

M. Həsənov qeyd edib ki, oktyabr ayında günlərlə davam edən narın yağışlar olacaq: “Leysan yağışlar adətən may-iyun və sentyabr aylarında müşahidə olunur. Bundan sonra yağışların leysan xarakterli olma ehtimalı azdır. Payız fəslində aramsız narın yağışların olması daha çox müşahidə olunur”.

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv