Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yerli sakin xəsarət alıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, vulkanın lavası sakinə toxunub, nəticədə o xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, xəsarət alan püskürmə zamanı öz evinin eyvanında olub. Lava sıçrantısı onun ayağına ağır xəsarət yetirib.
Qeyd edək ki, püskürməyə başlayan Kilauea vulkanının külləri 9 km hündürlüyə qədər yayılır. Ekspertlər vulkanın püskürməsinin bir neçə həftə davam edə biləcəyini söyləyirlər. Bundan əvvəl vulkanın püskürməsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən 10 minə qədər insan evakuasiya edilib.