Hazard “Real”da bu nömrə ilə çıxış edəcək

Xəbər verdiyimiz kimi, “Çelsi”nin ulduz futbolçusu Eden Hazard London təmsilçisindən ayrılacağını bəyan edib.

Yenicag.az-ın məlumatına görə, belçikalı futbolçunun “Real”a transferi gözlənilir.

Artıq 28 yaşlı yarımmüdafiəçinin Madrid klubununda geyinəcəyi forma nömrəsi də bəllidir.

“Daily Express” nəşri iddia edir ki, o, “Real”da 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, bu nömrəli formanı son olaraq ötən yay “Real”dan “Yuventus”a transfer olunan Kriştiano Ronaldo geyinib.