!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hazırda hamımız əks-kəşfiyyatçıyıq” – Hərbi ekspert

!Reklam – Yazi

“Bunlar elə bir cəfəngiyyatdır ki, 30 ildir müharibə şəraitində olan cəmiyyət üçün buna inanmaq sadəcə, biabırçılıqdır”.

Yenicag.az xəbər verir ki, bunu ehtiyatda olan zabit, hərbi ekspert Nazim Bayram deyib.

Onun sözlərinə görə, ordunun real problemləri qalıb kənarda, hamı satqın axtarışına çıxıb, dəbdə olan mövzu budur:

“Müharibə vaxtı savadsız fərarilər deyirdilər ki, özümüzünkülər özümüzünküləri arxadan vurub, öldürüb, aparıb avtomatlarını satırlar. Bir az savadlı fərarilər isə ağıllı “vid-fason”la deyirdilər ki, rus peykdən hamını görür, bizim yeri ermənilərə deyir, ona görə də döyüşməyin xeyri yoxdur. İndi yeni miks-versiya var: “daxildəki satqınlar generalların koordinatlarını verib, onları vurdurub, bizi məğlub etdirirlər”. Bunlar elə bir cəfəngiyyatdır ki, 30 ildir müharibə şəraitində olan cəmiyyət üçün buna inanmaq sadəcə, biabırçılıqdır. Bunu hətta şərh etmək, təkzib etmək mənə dəhşətlidir. Görün, biz düşüncədə haradayıq, nə qədər avamıq ki, qorxaqlıqla səthi savadın qarışığından alınmış miflərə necə də inanırıq”.

N. Bayramın fikrincə, hazırda cəfəngiyyatlara inanan insanların nə isə öyrənmək, bir az dərinə baş vurmaq həvəsləri yoxdur:

“30 ildə zərrə qədər dəyişmədik, 30 ildə hərbi biliklərə həvəs göstərmədik, 30 ildir hərb haqqında “fikir liderlərimiz” fərarilərdir. Çünki onların versiyalarının “bazarı” böyükdür. Həvəs hay-huya, sonra da hay-küyədir. Buna görə də deyirik ki, müharibəni həm xaricdəki, həm də daxildəki qüvvələrlə aparırıq. Ordunun real problemləri qalıb kənarda, hamı satqın axtarışına çıxıb, dəbdə olan mövzu budur. Hazırda biz hamımız əks-kəşfiyyatçıyıq”.

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv