!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HDP bağlanacaqmı? – Şərh

!Reklam – Yazi


hdpflTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İzmir millət vəkili Hüseyin Kocabıyık separatçı Xalqların Demokratik Partiyasının (HDP) ləğv olunmasının vacibliyini bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP millət vəkili Hüseyin Kocabıyık bu barədə HDP-çi deputatlar Çağlar Demirel ilə Besime Koncanın həbs edilməsindən sonra özünün “Twitter” səhifəsində yazıb. Adları çəkilən deputatları “agent” adlandıran H.Kocabıyık HDP-nin qapadılmasının zərurətə çevrildiyini qeyd edib: “İctimaiyyətin diqqətinə çatdırıram ki, həbs edilən o iki qadın millətin vəkili yox, terror təşkilatı üçün fəaliyyət göstərən, Türkiyə Böyük Millət Məclisinə sızmış agentdirlər.

Hər kəs bilsin ki, onlar terrorçudur. Onların yeganə vəzifəsi terror təşkilatının siyasətini yürütmək, terrora qanuni don geyindirməkdir. HDP adlı terror qurumu dərhal bağlanmalıdır. Venesiya Komissiyasının kriteriyalarında bu, artıq məcburi bir hal alıb. HDP bağlansa, terrorla mübarizənin nə mənası var ki?”

Bununla belə, o da xatırladılır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin yanvarında verdiyi açıqlamada ölkədə hansısa partiyanın bağlanmasının gündəmə gətirilməyəciyini bildirmişdi. Dövlət başçısı əlavə etmişdi ki, bu barədə düşünülməməlidir, ancaq cinayət törədən millət vəkili, bələdiyyə sədri və ya başqaları öz əməllərinə görə cavab verməlidirlər. Lakin HDP millət vəkillərindən daha ikisinin həbsindən və AKP daxilindən səslənən məlum çağırışlar R.T. Ərdoğanın partiyaları bağlamağa yönələn mövqeyinə yenidən baxmasına təsir göstərə bilərmi?

Toğrul İsmayıl ile ilgili görsel sonucuTOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Toğrul İsmayıl mövzu ilə bağlı Yeniçağ.Az-a açıqlamasında konkret bildirib ki, hazırda Türkiyə prezidentinin partiyaların bağlanması ilə bağlı mövqeyinin dəyişəcəyi inandırıcı görünmür. Onun fikrincə, törədilmiş cinayət əməlinə görə təşkilat deyil, fərdlərin cəzalandırılması təcrübəsi davam etdiriləcək: “Fikrimcə, HDP-nin qapadılması məsələsi gündəlikdə deyil. Ancaq qeyd olunduğu kimi, terrora dəstək verən və ya terrorçu şəbəkə ilə birbaşa bağlılığı olan millət vəkilləri, yaxud da digər statuslu şəxslər cəzasız qalmayacaqlar”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv